Şri-Lankada qatarda səyahət edərkən selfi çəkmək istəyən rusiyalı turist faciəvi şəkildə ölüb.
Den.az xarici mediaya istinadla bildirir ki, 53 yaşlı Olqa Perminova adada istirahət edərkən Asiyanın ən gözəl dəmir yoluna minmək istəyib. Bunun üçün Badulla stansiyasına çatıb və Kolombo Fortuna gedən qatara minib.
Qatar məşhur doqquz tağlı körpünün yerləşdiyi Ella şəhərinə yaxınlaşanda qadın şəkil çəkdirmək üçün vaqondan əyilib və tam sürətlə daşa çırpılıb. Zərbənin təsirindən yıxılan qadın başından ağır xəsarətlərlə Badulla xəstəxanasına aparılıb.
Turisti xilas etmək mümkün olmayıb.
Qatarda selfi çəkmək istəyən qadın faciəvi şəkildə öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.