Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Den.az DİN-ə istinadən xəbər verir ki, daxil olan məxfi məlumat əsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş daha üç şəxs - 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2 rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.