Bayram tətilini fürsət bilərək rayona istirahətə gedən şəxs faciənin qurbanı olub.
Den.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. Bakı şəhər sakini, 34 yaşlı Sənan Məmmədovun meyiti səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.
Yaxınları bildiriblər ki, ötən gecə hamama girən Sənan Məmmədov təxminən 3 saat sonra yaxınları tərəfindən cansız halda aşkar edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan Sənan Məmmədov ailəli olub, 3 yaşlı əkiz övladı var.
Dəm qazından ölən Sənan əkiz övlad atası imiş-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.