Ara məsafəsinin düzgün saxlanılmaması qəzanın baş verməsini qaçılmaz edir.
"Den.az" xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında Heydər Əliyev prospektində baş verib.
Nəqliyyat üzrə ekspertlər hesab edir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. (YHQ Maddə 50, III bənd)
Den.az