15 
sen
2023
09:54
221

Xaçmaz-Xudat yolunda körpü uçdu, yaralılar var - VİDEO - YENİLƏNİB

15 sen, 2023
09:54
221

Xaçmaz-Xudat yolunda körpü uçdu, yaralılar var - VİDEO - YENİLƏNİB

Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Den.azAPA-ya istinadla xəbər verir ki, onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların 27 yaşlı Heybetov Elisafa Abas oğlu, 39 yaşlı Qarayev Efsun Esger oğlu və 24 yaşlı Səfərəliyev Elvin Tofiq oğlu olduğu bildirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, bir neçə istiqamətdə alternativ yollar istifadəyə verilib.

Komissiya sədrinin sözlərinə görə, körpünün uçmasına səbəb kimi aramsız yağan yağışlar nəticəsində çayda suyun artması və bu səbəbdən körpünün dayaqlarından birinin aşınması olduğunu bildirib.

***

Saat: 09:19

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

Den.az APA-ya istinadla bildirir ki, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.
Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.

Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİBXaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİBXaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİBXaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİBXaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİB

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar