Abşeronda anbar kimi fəaliyyət göstərən iaşə obyektində güclü yanğın olub.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sex kimi qeydiyyatda olan amma anbar kimi fəaliyyət göstərən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Ərazidə Polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirlri görülüb.Yanğının tam söndürülməsi istiqamətində tədbirlər həyata keçirilib.
Yanğın kəşfiyyatı zamanı anbarda alışqana meyilli olan məhsullar, eləcədə iki ədəd avtomobil tamamiylə yanaraq kül olub. Eləcədə yaxınlıqda olan evlərdən biri ciddi zərər görüb.
Bütün bunları nəzərə alan FHN-nin əməkdaşlarının həyata keçirilmiş operativ tədbirləri sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində obyektdə baş vermiş yanğın daha da genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə də keçməsinin qarşısı alınıb.
Faktla bağlı aradşırma aparılır.