29 
okt
2023
17:45
126

Şahdağ Milli Parkında yanğın-VİDEO

29 okt, 2023
17:45
126

Şahdağ Milli Parkında yanğın-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Den.az-ın xəbərinə görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600m2 sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.

[media=[media=https://www.youtube.com/watch?v=Ax4BkHBI4tA]]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar