yan
2024
09:00
133

Goranboyda maşın aşdı - Yaralananlar var

2 yan, 2024
09:00
133

Goranboyda maşın aşdı - Yaralananlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Den.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Nəsibov Allahverdi və 2006-cı il təvəllüdlü Yolçuyev İbrahim müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar