Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkab sularının “Daşagil” gölünə axıdılması barədə polisə məlumat daxil olub.
Den.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib.
Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib.
Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.