Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Den.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsi Mərdəkan-Qala şossesində qeydə alınıb.
Məlikov Amal Musa oğluunun “Mercedes” markalı avtomobili idarəetmədən çıxaraq, yolun kənarına quraşdırılmış beton maneəyə çırpılıb. Nəticədə A.M.Məlikov aldığı xəsarətlərdən xəstəxanada ölüb, avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.Lent.az