Ağdaşda bədbəxt hadisə baş verib.
Den.az xəbər verir ki, 17 yaşlı yeniyetmə Süleymanlı Dəniz Nəsib oğlu su kanalında boğulub.
Hadisə Yuxarı Şirvan kanalında rayonun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub və yeniyetmənin tapılması istiqamətində zəruri işləri həyata keçiriblər.
Bildirilir ki, yeniyetmə atası ilə bilrlikdə çimirmiş və qəfildən suda boğulub. Atası isə onu xilas edə bilməyib. Məlumat üçün bildirək ki, gənc idmançının meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki,suda batan yeniyetmə idmanın alkaput növü üzrə Azərbaycan çempionu idi.