Sumqayıt şəhərində dəhşətli hadisə baş verib.
Den.az xəbər verir ki,1990-cı il təvəllüdlü Alıyev Elçin Məhəmməd oğlu əmək haqqısını ala bilmədiyi üçün özünə qəsd edib.
İddiaya görə, Elçin Alıyev Sumqayıtda yerləşən “Zəngəzur” restoranında binanın dam örtüyünün vurulması işlərini yerinə yetirib. Lakin gördüyü işin qarşılığında əmək haqqısını ala bilməyib. Dəfələrlə etdiyi müraciətlər nəticəsiz qaldıqdan sonra usta son çarə olaraq üzərinə benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri alan Elçin Alıyev dərhal Sumqayıt Tibb Mərkəzinə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Tibb Mərkəzindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Den.az