Xəbər verdiyimiz ki, Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.
Den.az xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini 44 yaşlı Rəşad Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib.
Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir.
Xəstəxanadan bildirilib ki, yaxınları tərəfindən gətiriən Rəşad Süleymanov həkim nəzarətində olub. Bütün tibbi müdaxilərə baxmayaraq lakin o qəfil ürək tutmasından ölüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.