Krım körpüsünü növbə gözləmədən keçən Ruslar cərimələnəcək...
"Denmedia.az" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Məlumata görə, avqustun 4-də körpünün yaxınlığında dəhşətli tıxac yaranıb. Tıxacın uzunluğu 35 kilometr olub.
Qeyd olunur ki, tıxacdan bezən bəzi sürücülər növbəni gözləmirlər. Bu da körpüdə tıxacın uzunluğunu daha da artırır. Tıxacla mübarizə üçün körpüdə növbəni gözləmədən keçən sürücülərin cərimələnəcəyi, hətta lisenziyalarını itirmək təhlükəsi ilə üzləşəcəkləri bildirilir.
Bununla belə, yol xidməti əməkdaşları 35 kilometrlik dəhşətli tıxacın tədricən aradan qalxacağına inanırlar. Onlar bunu, avqustun sonu - sentyabrın əvvəllərində rusların ənənəvi kütləvi köçü ilə əlaqələndirirlər.