Abşeron rayonun Hökməli qəsəbəsi Atyalı yaşayış massivində sakinlər dələduzluq faktı ilə üzləşdiklərini bildiriblər.
Bu barədə “Denmedia.az”-a zərərçəkmişin özü məlumat verib.
Məsələ ilə bağlı zərərçəkmiş Hicran Heybətovanın sözlərinə görə, qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi üçün mənzilə 14 500 manat pul ödəyib. Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə də başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxta imiş. Evə baxış keçirən zaman isə həm mənzilin həqiqi sahibi, həm də aldadılan tərəflər arasında mübahisə yaşanıb.
İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb. Adı dəlduzluq faktında hallanan Zaur İsayev isə jurnaliti görən kimi, ərazidən qaçıb və heç bir açıqlama verməyib.
Hazırda zərərçəkmişlərin şikayəti əsasında polis orqanları tərəfindən araşdırma aparılır.