Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şirkət açılıb. Hazırda onun 61 min manatdan çox vergi borcu yaranıb.
İ.Ağayevin sözlərinə görə, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona günlük əməkhaqqısı 30 manat olan iş təklif edib. Tərəflər razılaşıblar və bunun üçün "ASAN Xidmət" mərkəzinə gediblər. Zərərçəkmiş İ.Ağayev deyir ki, orada şəxsiyyət vəsiqəsini təqdim edib və nə üçün olduğunu bilmədiyi sənədlərə imza atıb.
Zərərçəkmiş bildirir ki, Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş aldıqdan sonra adına üç şirkətin olmasından xəbər tutub. Bundan sonra o, bu işdə ona vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa başlayıb.
İ.Ağayev ərazi üzrə Yasamal Rayonu 28-ci Polis Bölməsinə dəvət edilib və orada onun şikayət ərizəsi alınıb. Bölmədən bildirdilər ki, həmin fakt araşdırılır. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən deyildi ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. ( Xəzər Tv )
Xəbəri yoxdur, amma 61 min vergi borcu var

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.