Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.
“Denmedia.az” xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayəni və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğuya cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.Qafqazinfo.az