ABŞ-da 68 yaşlı Riçard Fergyuson ölümcül yol qəzasında təqsirli bilinib.
DenMedia.az xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Qəzanı onun 15 yaşlı oğlu törədib — o, atasına məxsus avtomobilin sükanı arxasına keçib.
Faciə nəticəsində dörd nəfər, o cümlədən üç uşaq həyatını itirib.
Sürücülük vəsiqəsi olmayan yeniyetmə atasının avtomobilini idarə edib. O, qırmızı işığı görməzlikdən gələrək təxminən 125 km/saat sürətlə 50 yaşlı Trinidad Ernandesin idarə etdiyi avtomobilə çırpılıb.
Maşında onun əri və üç nəvəsi də olub. Qəza nəticəsində qadın və onun 11 yaşlı nəvəsi hadisə yerində həlak olublar.
Daha iki uşaq xəstəxanada dünyasını dəyişib.
Kişi ağır xəsarətlər alıb, lakin sağ qalıb.
Məlumata görə, yeniyetmənin qohumları hadisə yerinə gələrək onu oradan aparmağa cəhd göstəriblər.
Fergyuson məhkəmədə bildirib ki, oğluna maşını sürməyə icazə verməyib, yalnız onu bir qədər tərpətməyi xahiş edib.
Lakin münsiflər onu təqsirli biliblər.
İndi yaşlı amerikalını 37 ildən ömürlük həbsədək cəza gözləyir.

