Fransa polisi Eyfel qülləsi yaxınlığında tüstü şaşkalarının istifadəsi və fişənglərin buraxılması ilə bağlı 40 nəfəri saxlayıb. Bu barədə BFMTV məlumat yayıb.
“Hüquq-mühafizə orqanları müşahidə kameralarının qeydlərində insidenti aşkar etdikdən sonra müdaxilə ediblər”, — deyə telekanal bildirib.
Qeyd olunur ki, bu hadisə təkcə bir dəfə baş verməyib. 12 dekabrda Parisin **Trokadero meydanı**nda da fişənglər buraxılıb. Həmin vaxt “təhlükəsizlik və ehtiyat qaydalarının açıq-aşkar qəsdən pozulması yolu ilə ətrafdakılar üçün təhlükə yaratmaq” maddəsi üzrə araşdırmaya başlanılıb.

