Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Çayarxı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və bir gün sonra orada ölüb.
Məlum olub ki, S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb.

