Göyçayda ailə faciəsi yaşanıb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.
Belə ki,yeni il gecəsi kənd sakini, 1972-ci il təvəllüdlü Sərvan Əhmədov yaşadığı evdə bədbəxt hadisə ilə üzləşib.Yaxınlarının bildirdiyinə görə, mərhum özünü narahat hiss edib, qan təzyiqinin yüksəldiyini deyib. Bu zaman evdə işıq lampasını düzəltmək üçün ikinci mərtəbəyə qalxarkən müvazinətini itirib.Hadisə anında ailə üzvləri güclü səs eşidiblər. Sərvan Əhmədov baş nahiyəsindən ağır xəsarət almış vəziyyətdə xəstəxanaya çatdırılıb.Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o xəstəxanada dünyasını dəyişib.Məlumata görə, hadisə mərhumun yüksək qan təzyiqi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılması səbəbindən baş verib.
“Bayram ərəfəsi idi. 31 dekabr bizim Həmrəylik Bayramı günümüzdür. Oturub ailəmizlə bayramımızı qeyd edirdik. Eyvanın işığı yanılı deyildi.Atam dedi ki, “çıxım eyvanın işığını yandırım, bayram günüdür, işığımız yanılı olsun.Hamımız evdə idik, ailəmiz, əmimgil də bizdə idi. Elə bu vaxt bir gümbültü səsi gəldi.Çölə çıxdıq, gördük ki, pilləkəndən çıxıb işığı yandırmaq istəyərkən yıxılıb.Təzyiqi də var idi. Çox güman ki, təzyiqlə əlaqədar başı gicəllənib.Dərhal gəlib öz maşınıma qoyub xəstəxanaya apardım. Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə təşəkkür edirəm, əllərindən gələni etdilər. Amma mümkün olmadı. Bədənindən ağır xəsarətlər almışdı, xüsusilə də beynindən güclü travma keçirmişdi. Ona görə də xilas etmək mümkün olmadı.Hadisə yanvarın 1-i səhər saat 9 radələrində baş verib, həmin vaxt rəhmətə gedib.”
Sərvan Əhmədov Qarabağ əlili idi, 6 il Qarabağda döyüşüb. Ordenləri var, bütün sənədləri qaydasındadır. Döyüşçü olub, bütün döyüşlərdə iştirak edib. Yanvar ayının 22-si ad günü olacaqdı, qismət olmadı. Yaxınları onu da əlavə edib ki, Sərvan Əhmədovun təzyiqi var idi, bəli, amma ciddi başqa bir problemi yox idi. Bütün ev, həyət işlərini özü görürdü, fəhlə gətirməzdi.
AQİL ƏSƏDOV
Denmedia.az

