Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının keçmiş rəisi, tibb xidməti mayoru Rasim Həsənov saxlanılıb.
DenMedia.az Oxu.az-a istinadən xəbər verir ki, Rasim Həsənov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Məlumata görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb.

