Sumqayıt şəhərində hamam otağında baş verən dəm qazı zəhərlənməsi faktları qeydə alınıb.
Denmedia.az xəbər verir ki, müxtəlif ünvanlarda baş verən hadisələr nəticəsində 4 nəfər xəstəxanaya çatdırılıb.
Belə ki, Sumqayıt şəhəri 49-cu məhəllə, Yaşıldərə yaşayış massivində 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu hamam otağında dəm qazından zəhərlənib. O, Sumqayıt şəhər Uşaq Xəstəxanası-na yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Sumqayıt şəhəri 2-ci mikrorayonda yaşayan 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı hamam otağında dəm qazından zəhərlənərək Sumqayıt şəhər Travmatologiya Xəstəxanası-na yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Eyni ünvanda yaşayan 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu da dəm qazından zəhərlənərək həmin xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Bundan başqa, Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşayan 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı da hamam otağında dəm qazından zəhərlənib. O da Travmatologiya Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

