Gəncədə təsərrüfat tikilisində baş verən yanğın nəticəsində onlarla cins quş tələf olub. Dəyən zərər minlərlə manat həcmində qiymətləndirilir.
Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Bildirilir ki, təsərrüfat tikilisi Kəlbəcərdən olan keçmiş məcburi köçkünə məxsusdur. Yanğın zamanı müxtəlif növlərə aid təxminən 50 baş ev quşu məhv olub.
Sahibənin sözlərinə görə, tələf olan quşlar arasında hər biri 300–400 manat dəyərində elit cins toyuqlar da olub. Bundan əlavə, qazlar, ördəklər və hind quşları da yanaraq məhv edilib.
İlkin versiyaya əsasən, yanğın gecə saatlarında elektrik naqillərində nasazlıq səbəbindən baş verib. Alovu ilk olaraq ev sahibəsinin oğlu görərək həyəcan qaldırıb. Qonşuların köməyinə baxmayaraq, quşları xilas etmək mümkün olmayıb — alovdan yalnız iki ördək sağ çıxıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadaları alovu operativ şəkildə lokallaşdıraraq onun qonşu tikililərə yayılmasının qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Xəzər TV-nin videomaterialında:

