Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1 400 manatın qanunsuz silinməsi ilə bağlı polisə müraciət daxil olub.
Denmedia.az Teleqraf-a istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 33 yaşlı A. Qasımzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, zərərçəkən toyda olarkən bank kartını pul çıxarmaq üçün tanışına verib. Lakin A. Qasımzadə fürsətdən istifadə edərək kartdakı bütün məbləği nağdlaşdırıb. O, mənimsənilən vəsaitin bir hissəsini toyda xərcləyib və həmin məbləği həm kart sahibinin, həm də öz adından yazdırıb.
Faktla bağlı istintaq davam etdirilir.

