Almaniyada daha bir səs-küylü bank soyğunçuluğu baş verib. Bu barədə Bild nəşri məlumat yayıb.
Məlumata görə, mavi xüsusi geyimdə olan üç naməlum şəxs Volksbankın Ştur şəhərindəki filialının saxlanma anbarına daxil olub. Hadisə Aşağı Saksoniya federal torpağında qeydə alınıb.
Bildirilir ki, şübhəlilər bankın zirzəmisinə işıq lyuku vasitəsilə daxil olaraq 14 depozit qutusunu sındırıblar və daha sonra nəzərə çarpmadan ərazini tərk ediblər. Hazırda dəymiş zərərin məbləği müəyyənləşdirilir.
Qeyd olunur ki, cinayət faktı bank əməkdaşlarının özlərini pis hiss etməsi barədə məlumatından sonra üzə çıxıb.

