Sumqayıt şəhərində dəm qazından ölüm hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 52-ci məhəlləsində, Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində həyatını itirib.
Qonşuların bildirdiyinə görə, mərhum evdə tək yaşayırmış və subay olub. Ölüm faktı onun işə gəlməməsi ilə bağlı şübhə yarandıqdan sonra üzə çıxıb. Belə ki, Amilin çalışdığı yerdən yaxınlarına zəng edilərək onun işə gəlmədiyi bildirilib. Bundan sonra yaxınları kirayə qaldığı evə baxış keçirərkən kişinin cansız bədəni aşkarlanıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Dəm qazından zəhərlənmənin dəqiq səbəbləri istintaq zamanı müəyyənləşdiriləcək.
Nizami Rəsulov
Denmedia.az

