Göyçayın ən böyük kəndlərindən biri olan Potu kəndinin qəbiristanlığını sel sualrı basıb.
Denmedia.az xəbər verir ki, güclü su axını nəticəsində ərazinin xeyli hissəsisindəki məzarlar sulara qərq olub.
Cəmi bir neçə saat ərzində qəbiristanlığa dolan su torpaq qəbirləri tamamilə, sinədaşı olan məzarları isə qismən örtüb. Sakinlərin sözlərinə görə, qəbiristanlığın yaxınlığından hər hansı çay və ya suvarma kanalı keçməsə də, ərazidə oxşar subasma halları əvvəllər də müşahidə olunub.
Bir qədər sonra əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunaraq suyun çəkilməsi işlərinə başlanıldı.Görülən tədbirlər nəticəsində suyun səviyyəsinin tədricən azalması müşahidə edildi.Bələdiyyə sədrinin sözlərinə görə, ərazidən su tam kənarlaşdırılanadək işlər davam etdiriləcək və gələcəkdə bu cür halların təkrarlanmaması üçün yaxın günlərdə problemin həlli yolları müzakirə olunacaq. Əraziyə saatlarla axaraq məzarlığı basan suyun haradan və necə gəldiyi isə hələlik sual olaraq qalır.Ümid edək ki, oxşar mənzərə təkrarlanmadan problem kökündən həll olar.
AQİL ƏSƏDOV
Denmedia.az

