Abşeronda mağazada meyit tapılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Novxanı kəndində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

