Bərdədə ölümlə nəticələnən yol qəzası olub.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Gərənə kəndində qeydə alınıb.
21 yaşlı Yadigar Rəhimovun idarə etdiyi "VAZ-2106" avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində Y.Rəhimov ölüb.
Faktla bağlı araşdırma aparılır.

