Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bədbəxt hadisə ilə nəticələnən dəm qazı zəhərlənməsi faktı qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə nəticəsində şəhər sakini, 38 yaşlı Xəyalə Kərimova yaşadığı fərdi yaşayış evində ölüb.
Məlumata görə, Xəyalə Kərimova ata evində olarkən dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənərək həyatını itirdiyi bildirilir. İlkin ehtimallara əsasən, hadisə hamamda istifadə olunan qaz avadanlıqlarından birində yaranmış nasazlıq və ya ventilyasiya sisteminin düzgün işləməməsi səbəbindən baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Qadının meyiti müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

