Göygöl rayonunda 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb.
Hadisə martın 22-də Üçtəpə kəndində baş verib. Bu barədə Report məlumat yayıb.
Məlumata görə, Gəncə sakini Subhan Bayramov partlayış nəticəsində ağır əl xəsarətləri alıb.
Hadisə zamanı yeniyetmənin barmaqlarından biri amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

