ABŞ-da iki Rusiya vətəndaşı artıq üç aydan çoxdur miqrasiya mərkəzində saxlanılır. Bu barədə RIA Novosti məlumat yayıb.
Bildirilir ki, onlar Kaliforniyada yerləşən Camp Pendleton hərbi bazasına daxil olduqdan sonra saxlanılıblar.
Məlumata görə, saxlanılanlardan biri Nataliya 2021-ci ilin noyabrında ABŞ-a köçüb və siyasi sığınacaq üçün müraciət edib. O, həmçinin 2023-cü ilin aprelində iş icazəsi alıb, lakin bu icazə müəyyən müddətdən bir yenilənməlidir.
Hazırda Kristina və Nataliya Kaliforniyadakı Otay Mesa Detention Center-də saxlanılır.
Rusiya səfirliyi onların “icazəsiz şəkildə hərbi bazaya daxil olduqlarına görə saxlanıldığını” təsdiqləyib.

