Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Xəzər TV-nin məlumatına görə, hadisə Ağa Neymətulla küçəsi 22 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Bildirilir ki, yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisə yerinə dərhal prokurorluq əməkdaşları cəlb olunub, meyitə baxış keçirilib və onun Qərənfil Sadıqova olduğu müəyyən edilib.
Qonşuların sözlərinə görə, qadın həyat yoldaşı və qızı ilə yaşayırdı, illər əvvəl oğlunu itirdikdən sonra sağlamlıq problemləri yaranmışdı və son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Meyit dəfn olunmaq üçün Tovuz rayonuna göndərilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

