ABŞ Məxfi Xidməti bazar gününə keçən gecə Ağ Ev yaxınlığında atəş açılması barədə məlumat yayıb. Qurumun mətbuat xidmətinin bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, şübhəlinin axtarışı davam edir.
“Gecə yarısından az sonra Məxfi Xidmətin əməkdaşları atəş açılması barədə məlumata reaksiya verib… Şübhəli şəxslər aşkar edilməyib. Xəsarət alanlarla bağlı məlumat daxil olmayıb”, — deyə RIA Novosti-yə bildirilib.

