Əlində bıçaq olan yaşlı kişi yaşadığı evdən çıxaraq binanın həyətində oynayan uşaqlara hücum edir. Bir neçə dəqiqə ərzində uşaqlara qorxulu anlar yaşadır.
Denmedia.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
Sumqayıt şəhər sakini Qadir Ağakişiyev DenazTV-yə bildirib ki, yaşlı insan uzun müddətdir 41-ci məhəllədə tək yaşayan 88 yaşlı Şahüseyn Qəmbərovdur. Övladları olsada ona yaxın gələn yoxdur. Mövcud vəziyyət qonşuları və azyaşlı uşaqları ciddi narahat edir. Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayın vətəndaşın sözlərinə görə, bu səbəbdən uşaqlarını həyətə belə buraxa bilmirlər.
Adı hadisədə çəkilən Şahüseyn Qəmbərovun yaşadığı evə baş çəkdik. Sularımıza o özü belə cavab verərərək bildirib ki, uşaqlar onu ciddi narahat edirmiş. Məhz ona görə, uşaqlara soyuq silah çəkib.
Daxil olan məlumata görə, hadisə ilə bağlı Sumqayıt şəhərində 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Denmedia.az

