Bakı şəhərinin Nəsimi rayonunda dələduzluqda şübhəli bilinən 22 yaşlı E.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, o, özünü sosial şəbəkə mütəxəssisi kimi təqdim edərək reklam yerləşdirilməsi vədi verib və bu yolla vətəndaşların pul vəsaitlərini ələ keçirib.
İstintaq zamanı müəyyən olunub ki, E.Məmmədov bu sxemlə bir neçə nəfəri aldadıb.
Faktla bağlı araşdırma davam etdirilir.

