Sumqayıt şəhərinin 15-ci məhəlləsində partlayış baş verib.
Denmedia.az xəbər verir ki, hadisə yaşayış binasının həyətində qeydə alınıb və ərazidə təşvişə səbəb olub.
Partlayışın baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
İlkin ehtimallara görə, hadisəyə yeraltından keçən elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Partlayışın dəqiq səbəbləri hazırda araşdırılır.
Ellada Rəsul
Denmedia.az

