Sakit okeanda ABŞ hərbçilərinin gəmiyə zərbəsi nəticəsində 4 nəfər həlak olub.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı əməliyyatın keçirildiyini təsdiqləyib.
Məlumata görə, gəmidə olan şəxslərin narkotik daşıdığı ehtimal olunur. Hadisə zamanı ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.

