İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Halmahera adasındakı Dukono vulkanı püskürüb. Bu barədə Antara агентliyi müşahidə məntəqəsinin məlumatına istinadən xəbər yayıb.
Bildirilib ki, vulkan külü dəniz səviyyəsindən 2487 metr hündürlüyə qalxıb, bu isə kraterdən təxminən 1400 metr yuxarı deməkdir. Hazırda kül kütlələri intensiv şəkildə şərq istiqamətində yayılır.
Yerli hakimiyyət orqanları sakinlərə və turistlərə vulkan kraterinə 4 kilometr radiusda yaxınlaşmağı qadağan edib. Eyni zamanda, əhaliyə nəfəs yollarını qorumaq üçün maska istifadə etmək tövsiyə olunub.

