Türkiyə ərazisində ağır hərbi-nəqliyyat helikopteri CH-47 Chinook qəzaya uğrayıb.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə təlim uçuşu zamanı baş verib.
Qurumdan bildirilib ki, bortda olan şəxsi heyətin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd olunub ki, hadisənin dəqiq səbəbləri hələ müəyyən edilməyib.

