Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
"Denmedia.az" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü, Gülməmmədov Zahid Qurban oğlu hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.



Ellada Rəsul
Denmedia.az

