Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, qəza paytaxtın Zığ Beton Yolunda qeydə alınıb.
Məlumata görə, “Toyota” markalı, 77 YA 576 dövlət nömrə nişanlı minik avtomobili qarşıda hərəkətdə olan su daşıyan yük maşınına çırpılıb. Toqquşma nəticəsində minik avtomobilində olan 3 nəfərin hadisə yerində həyatını itirdiyi bildirilir.
Qəzanın ardından minik avtomobili alışaraq yanmağa başlayıb.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.
Ellada Rəsul
Denmedia.az

