Kopenhagenin şimal-qərbində iki şəhərətrafı qatar toqquşub, nəticədə 18 nəfər xəsarət alıb. Bu barədə The Guardian qəzeti məlumat yayıb.
Hadisə İsterevdveyen ərazisində dəmir yolu keçidində baş verib. Qəza barədə siqnal səhər saat 06:30 radələrində daxil olub və dərhal hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb edilib.
Yaralıların təcili hospitalizasiyası üçün hərbi helikopter istifadə olunub. Ümumilikdə zədələnmiş vaqonlardan 37 sərnişin təxliyə edilib.
“İnsanlar sözün əsl mənasında vaqonların içində ora-bura səpələnmişdi,” — deyə Kopenhagen təcili yardım xidmətinin baş həkimi Anders Heymdal bildirib.
Şimali Zelandiya polisi qəzanın səbəblərini müəyyənləşdirmək üçün texniki araşdırmaya başlayıb. Hadisə yerindən yayılan görüntülərdə baş vaqonların ciddi zədələndiyi və şüşə qırıntılarının onlarla metrə səpələndiyi görünür.
İnspektor Morten Pedersen qeyd edib ki, mümkün siqnal avadanlığı nasazlığı versiyası istintaq çərçivəsində ətraflı yoxlanılacaq.

