Dağıstanın Kaspiysk şəhərində niqablı şəxs yerli sakinlərin diqqətini çəkib.
Bildirilib ki, onun davranışı və bədən quruluşu qadından çox kişini xatırladıb, bu isə şübhələrə səbəb olub. Məlumat qısa zamanda polisin diqqətinə çatdırılıb.
Axşam saatlarında aparılan yoxlama zamanı məlum olub ki, niqab altında kişi gizlənib. O, bu üsulla şəxsiyyətini gizlədərək başqa qadınla görüşə getmək istəyib, həyat yoldaşının şübhələnməməsi üçün belə addım atıb.
Hadisə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənib. Şəxsiyyət müəyyən edildikdən sonra isə onun hərəkətlərində qanun pozuntusu aşkar olunmadığı üçün sərbəst buraxılıb.

