Qusar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Den.az”ın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü rayon sakini 1998-ci il təvəllüdlü Qaraxanov İlkin Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva