ABŞ-da 26 yaşlı Maykl Texeda azyaşlı qızının təsadüfən açdığı atəş nəticəsində baş verən ölüm hadisəsində günahını etiraf edib.
Bu barədə The Wichita Eagle məlumat yayıb.
Məlumata görə, kişi tapançanı qabından çıxararaq kaminin üzərinə qoyub və özü geyimini dəyişmək üçün başqa otağa keçib. O, otaqda olmadığı zaman 3 yaşlı qızı silahı tapıb və təsadüfən atəş açıb.
Nəticədə onun kiçik bacısı, 1 yaş 9 aylıq Mayla həyatını itirib.
Maykl Texeda polisə bildirib ki, qızının silaha maraq göstərdiyini bilirdi və buna görə də onu nəzarətsiz qoymamalı idi.
Kişiyə hökm 9 iyulda oxunacaq. Bildirilir ki, hadisə baş verən zaman uşaqların anası evdə olmayıb.

