Discovery Channelın məşhur realiti şousu “Alaskan Bush People” ilə tanınan Metyu Braun ABŞ-ın Vaşinqton ştatında ölü tapılıb.
Məlumata görə, 43 yaşlı Braun Okanogan çayında aşkarlanıb. Onun meyiti sudan çıxarılıb və axtarış işlərində iştirak edən qardaşı tərəfindən tanınıb.
Uzun müddətdir asılılıq və psixoloji problemlərlə mübarizə apardığı bildirilən Braunun ölüm səbəbi hələlik dəqiq məlum deyil.
Ailə üzvləri hadisə ilə bağlı müxtəlif ehtimalları nəzərdən keçirir. Polis isə ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.

