Bakı–Sumqayıt qatarı iyunun 1-də saat 11:13 radələrində “Nərimanov–Böyükşor” sahəsində piyadanı vurub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, maşinist təcili əyləci işə salsa da, məsafə az olduğu üçün toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Anar Quliyev həlak olub.
ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçməyə və piyada keçidlərindən istifadə etməyə çağırıb.
“Diqqətsizlik, tələskənlik və təhlükəsizlik qaydalarına laqeyd yanaşma çox vaxt faciəvi nəticələrə səbəb olur. Qaydalara əməl etmək hər bir vətəndaşın borcudur”, deyə qurumdan bildirilib.

