Qazax rayonunda iki nəfər göldə boğularaq həyatını itirib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndi ərazisində yerləşən göldə baş verib.
Nəticədə rayon sakinləri R. Xəlilov və onun övladı R. Xəlilova boğulublar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. Hər iki şəxsin meyiti sudan çıxarılıb.

